Yeni “HP Omen 17” noutbuku “Intel Core i9-11900H” prosessoru ilə təchiz ediləcək

"HP" şirkəti oyun həvəskarları üçün "Omen 17" portativ kompüterinin yeni nəslini buraxmağa hazırlaşır. Noutbukun əsasını "Intel Tiger Lake" aparat platforması təşkil edəcək.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, populyar "Geekbench" saytında noutbukun "OMEN 17-ck0xxx" adlı versiyası yer alıb. Həmçinin 4,9 giqahers takt tezlikli səkkiz hesablama nüvəsinə malik "Core i9-11900H" prosessorunun istifadə edildiyi bildirilir. Əsas takt tezliyi 2,5 giqahers səviyyəsində göstərilib.
"DDR4-3200" operativ yaddaş dəstəyi təmin olunur. Test edilən portativ kompüter 32 giqabaytlıq operativ yaddaşla təchiz edilib.
Məlumata görə, yeni noutbuk 30-cu seriyalı "NVIDIA GeForce RTX" diskret qrafik sürətləndiricisi ilə təchiz ediləcək. Diaqonal ölçüsü 17,3 düym təşkil edəcək ekranın təsvir ölçüsü və yeniləmə tezliyi qeyd olunmayıb.
Noutbuka "Windows 10 Pro" əməliyyat sistemi quraşdırılıb. Müşahidəçilərin fikrincə, qurğunun rəsmi təqdimatı bu rüb keçiriləcək.
Yeni noutbukun "PCIe" interfeysli sürətli bərkcisimli toplayıcı və "Wi-Fi 6" simsiz rabitə adapteri ilə təchiz olunacağı ehtimal edilir. Qurğu tamölçülü klaviaturaya malik olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











