Yeni nanoçip robotları daha ağıllı edəcək

Avstraliyalı alimlər insan kimi “görən” və xatirələr yaradan kiçik cihaz hazırlayıblar. Bu, məsələn, pilotsuz nəqliyyat vasitələri ilə bağlı mürəkkəb qərarların qəbulunu sürətləndirə biləcək.
Yeni cihaz digər məlum sistemlərdən daha uzun müddət məlumat saxlaya bilir. Həmçinin, yaddaşı yeniləmək üçün tez-tez elektrik siqnalları tələb olunmur, bu da enerji istehlakını əhəmiyyətli dərəcədə azaldır və cihazın işini yaxşılaşdırır.
Tədqiqat Deakin Universiteti və Melburn Universitetinin tədqiqatçılarının birgə səyi ilə Avstraliyanın RMIT Universitetinin mühəndisləri tərəfindən aparılıb.
İxtira indium oksidi ilə emal olunmuş həssas elementi olan tək çipdir. Bu çip insan saçından minlərlə dəfə nazikdir və xarici cihazların istifadəsini tələb etmir. Cihaz insan gözünün işığı tutmaq, optik sinir kimi məlumatı “qablaşdırmaq” və ötürmək, insan beyni kimi yaddaş sistemində saxlamaq və təsnif etmək qabiliyyətini təqlid edir. Mütəxəssislər belə texnologiyaları neyromorfik adlandırırlar.
Müəlliflərin fikrincə, bu xüsusiyyətlər cihazlara və robotlara ultrasürətli qərar qəbul etməyə imkan verə bilər.
Alimlər deyirlər ki, neyromorf robotlar çökmə, partlayış və ya zəhərlənmə riskinin yüksək olduğu təhlükəli vəziyyətlərdə uzun müddət avtonom şəkildə işləyə bilirlər.
oxu.az
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












