Yeni “OPPO” televizorları nümayiş olunub

Çinin "OPPO" şirkəti "ColorOS TV 2.0" əməliyyat sisteminin idarəetməsi ilə işləyən "Smart TV K9" seriyalı "ağıllı" televizorları rəsmən təqdim edib. Seriyaya 43, 55 və 65 düym diaqonallı üç model daxildir.
Kiçik versiya "Full HD" (1920 × 1080 piksel) formatına uyğundur. Parlaqlıq 230 kandel/kvadratmetr, baxış bucağı 178 dərəcə təşkil edir. Televizorlar 8 giqabaytlıq quraşdırılmış yaddaş və hər biri 10 vatt gücündə iki dinamikə malik audiosistemlə təchiz olunub.
55 və 65 düym ölçülü modellər "4К" (3840 × 2160 piksel) təsvir ölçülü, "HDR 10 ", 300 kandel/kvadratmetr parlaqlıq, 178 baxış bucağı dəstəkli," DCI-P3" rəng məkanını 93 faiz əhatə edən matrisa ilə təchiz edilib. Fləş-modulun tutumu 16 giqabaytadək artırılıb, səs sistemi isə hər biri 15 vatt gücündə iki dinamikə malikdir.
Bütün panellər dörd hesablama nüvəli və 2 giqabaytlıq operativ yaddaşlı "MediaTek MT9652" prosessoru ilə təchiz olunub. "Wi-Fi 802.11a/b/g/n" (2,4/5 ГГц) və "Bluetooth 5.0" simsiz adapterləri, "HDMI", "USB" və "Ethernet" interfeysləri mövcuddur.
Televizor dəstinə "Bluetooth" dəstəkli məsafədən idarəetmə pultu daxildir. 43, 55 və 65 düymlük modellərin qiyməti müvafiq olaraq 280, 310 və 510 dollar təşkil edir.///"ICTnews"
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











