Yeni qurğu noutbuklara enerjini simsiz dolduracaq

Çinin "Lenovo" şirkəti müxtəlif model noutbukları simsiz enerjidoldurma funksiyası ilə təchiz etməyə imkan verən "Go Wireless Charging Kit" adlı qurğu nümayiş etdirib. Bu halda smartfonlarda olduğu kimi "Qi" standartından deyil, digər texnologiyadan istifadə edilir.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, "Energy Square" şirkəti tərəfindən hazırlanan yeni texnologiya "Power by Contact" adlanır. Noutbuklar üçün "Lenovo" simsiz enerjidoldurma dəsti 3,2 mm qalınlığında metal enerjidoldurma panelindən və uzun simsiz qəbuledicidən ibarətdir. Panel rozetkaya qoşularaq masa üzərində yerləşir, qəbuledici isə noutbukun altına bərkidilir və "USB-C" çıxışı vasitəsilə enerjidoldurma portuna qoşulur.
"Lenovo" nümayəndələrinin sözlərinə görə, qurğu "Windows" əməliyyat sistemli 13 və 14 düymlük və ya sensor ekran və 65 vatt həddində istilik paketinə malik prosessorlarla təchiz edilməyən "macOS" sistemli əksər noutbuklarla uyğunluq təşkil edir. Belə simsiz enerjidoldurmanın səmərəliliyi 93 faizə bərabərdir.
Oktyabrda satışa çıxarılacaq "Go Wireless Charging Kit" qurğusunun qiyməti 140 dollar olacaq.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











