Banner

Yeni texnologiyalarda qeydiyyat məlumatlarımızın təhlükəsizliyinə zəmanət verir? – MÜTƏXƏSSİSLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR

Texnologiya 9 Yanvar 2025 14:30 Oxunub 226
Yeni texnologiyalarda qeydiyyat məlumatlarımızın təhlükəsizliyinə zəmanət verir? – MÜTƏXƏSSİSLƏR HƏYƏCAN TƏBİLİ ÇALIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əksər sosial şəbəkələrdə qeydiyyatdan keçərkən razılaşdığımız istifadə şərtlərindən sonra şirkətlərin şəxsi məlumatlarımızın 3-cü tərəfə satmaq kimi şansı yaranır. Belə bir hal baş verərsə, istifadəçinin hüquqları necə qorunur? Bəs insanlar şəxsi məlumatları qorunmadığı halda hara şikayət etməlidir?

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu problemin həlli üçün həm Azərbaycanda, həm də qlobal müstəvidə müzakirələr gedir:

“Məsələ ondadır ki, qanunda məlumatların qorunması öz əksini tapsa da istifadəçilər öz məlumatlarının 3-cü tərəfə ötürülməsinə nəzarət edə bilmirlər. Məlumatların ötürülməsi aktualdır və bu məsələ artıq real biznesdir.

Bildiyiniz kimi, datanı hazırda dünyanın yeni nefti adlandırırlar. Şirkətlər hansısa istifadəçi haqqında məlumat əldə etdiyi zaman istifadəçinin tələbatlarına uyğun reklam formalaşdıra bilir və onları manipulyasiya edirlər. Bu, artıq mövcud reallıqdır. Diqqət etsəniz, görərsiniz ki, istifadəçilərin ən çox istifadə etdiyi sosial şəbəkə olan “Tik-tok, feysbuk və “google” istifadəçilərin baxdığı məzmuna uyğun reklam göndərir. Sadəcə, bu, mürəkkəb məsələ olduğu üçün kimsə bunun haqqında ciddi tədbir görə bilmir. Azərbaycan istifadəçiləri üçün daha çətindir. Çünki Qərb istifadəçiləri belə buna nəzarət edə bilmir. Elementar olaraq, məlumatlara əsaslanan reklamların olmaması onları IP-ni bağlayacaq”.

Mütəxəssis əlavə olaraq bildirib ki, artıq xaricdən, xüsusəndə Çindən gələn elektromobillər müştərilərin sistemə qeydiyyatı zamanı avtomobildə olan kameranın müştərinin fəaliyyətini, istəkləri ilə bağlı bütün məlumatlarını götürə bilir:

“Bu da yeni bir problemdir. Biz sosial şəbəkələrdən danışırıq, amma bu da yeni reallıqdır. Avtomobildə olan naviqator və kameraların məlumatları avtomobil şirkəti tərəfindən toplanılır və bu məlumatlar 3-cü tərəfə ötürülə bilər”.

Eltac Zülfüqaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh