Yenilənmiş Chrome brauzeri RAM-dan daha az həcmdə istifadə edir

Google təmsilçilərinin sözlərinə əsasən tərtibatçılar Chrome brauzerinin RAM-a yüklənmə səviyyəsini aşağı salmağı bacarıblar. Belə ki, Chrome-un yeni versiyası daha az RAM göstəricisindən istifadə edir. Bununla belə təkmilləşdirilmiş alqoritm brauzerin bir sıra versiyasında aktualdır. Yenilənmiş Chrome-un effektivliyinin sirri ondan ibarətdir ki, o özünün genişləndirilmiş yaddaş paylama sistemindən istifadə edir. Beləliklə Windows üçün olan Chrome 89 versiyasında RAM-dan istifadəyə qənaət 22% təşkil edir.
Bununla belə renderinq prosesi zamanı brauzerin kompüterə yüklənməsi 8%, qrafik prosessorun resurslarından istifadə isə 3% aşağı düşüb. Bundan əlavə olaraq brauzerin əmrlərə reaksiyası 9% daha sürətli olub. Chrome-un yeni versiyasında açılmış hər bir yeni qovluq 20% daha az RAM göstəricisindən istifadə edir. Google buna nail olmaq üçün arxa fonda olan qovluqların dondurulması funksiyasından istifadə edib. Tərtibatçılar bildiriblər ki, onlar həmçinin Mac kompüterləri üçün olan Chrome versiyasının enerji effektivliyini təkmilləşdiriblər.
Bunun hesabına MacBook-da olan soyutma sistemi nadir hallarda işə düşür. Bu isə öz növbəsində MacBook-un bir dəfə şarj olunandan sonra daha uzun müddət çalışmasına imkan verir. Android istifadəçilərinə gəldikdə isə onları 7.5% sürətləşdirilmiş giriş prosesi, 2% sürətləndirilmiş səhifə renderinqi və 5% optimizasiya edilmiş RAM istifadəsi gözləyir. 8 GB-dan aşağı olmayan RAM ilə təchiz olunmuş smartfonların istifadəçiləri brauzerin daha stabil çalışması imkanından yararlana bilərlər./texnote
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











