Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək

Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib. İlk kosmik hotel Voyager Station adlanacaq. Bu barədə Daily Mail saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Yer kürəsinin orbitində hotelin inşasına 2025-ci ildə start veriləcək. Plana əsasən layihə 2027-ci ildə yekunlaşdırılmalıdır. Sözügedən hotel kapsullardan ibarət halqa formasında olacaq. Kapsulların daxilində restoranlar, kinoteatrlar, spa salonları, idman zalları və 400 nəfər üçün nəzərdə tutulmuş turistik otaqlar inşa ediləcək.
Şirkət həmçinin hotel daxilində astronavtların müddətli yaşamaları üçün nəzərdə tutulmuş xüsusi otaqlar, suyun və havanın saxlanması üçün kapsullar da inşa etməyi planlaşdırır. Bu cür otaqlar ya icarəyə veriləcək ya da dövlət və özəl şirkətlərə satılacaq. Təbii ki, şirkət kosmik hotelin inşasının və orda bir gecə qalmağın hansı qiymətə başa gələcəyi barəsində məlumat verməyib. O sadəcə olaraq bildirib ki, çoxistifadəli Falcon 9 raketləri vasitəsilə inşaya xərclənəcək vəsait qat-qat azalıb. Qeyd etmək lazımdır ki, Falcon 9-dan əvvəl kosmosa 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 8000$-a təşkil edirdi. İndi isə 1 kq ağırlığında yükün göndərilməsinin qiyməti 2000$ təşkil edir./milli.az
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











