"YouTube"da reklamlara baxmaq MƏCBURİ OLACAQ

"Google" istifadəçiləri "YouTube"da reklamlara baxmağa məcbur edəcək.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, illik "YouTube Brandcast" tədbiri çərçivəsində şirkət smart televizorlar üçün 30 saniyəlik ötürülməyən videolar şəklində yeni reklam formatının istifadəyə verildiyini elan edib.
Ardıcıl olaraq 15 saniyəlik iki klipin əvəzinə atlana bilməyən yeni reklamların göstəriləcəyi bildirilir. Yenilik "YouTube" tətbiqi ilə smart televizorlarda işləyəcək. Reklamlara baxmaq istəməyən istifadəçilər ödənişli "YouTube Premium" abunəliyindən istifadə edə bilərlər.
Bundan əlavə, "YouTube" pauza zamanı banner reklamları göstərməyi planlaşdırır. Bu cür reklamlar "rədd et" düyməsini sıxmaqla silinəcək. Hər iki yeniliyin təqdimat tarixi hələ açıqlanmayıb.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












