Yubiley Volkswagen Golf R modeli Nürburqrinqin rekorduna imza atıb - VİDEO

Texnologiya 16 Sentyabr 2022 21:50 Oxunub 1012
Yubiley Volkswagen Golf R modeli Nürburqrinqin rekorduna imza atıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yubiley Volkswagen Golf R 20 Years hetçbeki Nürburqrinqin yeni rekordunu qeydə alıb. Hetçbek tarixin ən sürətli R avtomobili olub və adi Golf R modelini dörd saniyə üstələyib. Eyni zamanda, “Şimal İlgəyi” üçün tətbiq edilmiş xüsusi şassi tənzimləmələrinə baxmayaraq, o, 300 at qüvvəli Renault Megane R.S. Trophy-R modelindən yavaş olub. “Qaynar” alman hetçbeki əfsanəvi trekin 20,832 kilometrlik hissəsini 7 dəqiqə 47,31 saniyəyə qət edib.

R bölməsinin 20-ci ildönümünə həsr olunmuş Volkswagen Golf R 20 Years “qaynar” hetçbeki 2.0 TSI EA888 turbomühərrikinin (333 at qüvvəsi, 420 Nm) ən güclü versiyasını alıb. 

Antilaq texnologiyası, yenidən sazlanmış DSG “robotu”, Emotional Start funksiyası və Nürburqrinq üçün xüsusi hərəkət rejimi Golf R 20 Years modelinə təkcə 100 km/saat həddinə adi Golf R modeli ilə müqayisədə daha yeyin sürətlənmək üstünlüyü verməyib. Yubiley hetçbeki “Şimal İlgəyini” adi versiyadan dörd saniyə yeyin qət edib - lakin onun 300 at qüvvəli Renault Megane R.S. Trophy-RS modelindən daha yavaş olduğu ortaya çıxıb.

 

Qeyd etmək gərəkdir ki, Volkswagen şirkətinin test pilotu Benjamin Leyxter “rekordu” qısa dövrədə (20,6 kilometrlik) qeydə alıb, halbuki 2019-cu ildən bəri rəsmi yarışlar əsas tribunaların qarşısındakı 200 metrlik T13 hissəsi nəzərə alınmaqla tam dövrədə (20,8 kilometrlik) keçirilir. Üç il əvvəl Renault Megane R.S. Trophy-R qısa və tam dövrələrdə müvafiq olaraq, 07:40.1 və 7:45.39 zamanlarını qeydə almışdı.

Tamötürməli Audi RS 3 sedanı daha sürətli olub - o, 20,8 kilometrlik dövrəni 7:40,748 zamanla qət edib. Golf R 20 Years isə, treki 7:47,31-ə qət edərək, köhnə Golf GTI Clubsport S modelinə 0,12 saniyə uduzub.

 

Eyni zamanda, hot-hetç həqiqətən də ən yeyin Volkswagen R modelinə çevrilib. Əlbəttə ki, ID.R sportprototipi istisna olmaqla. Prototip elektromobillər üçün Nürburqrinqin rekordunun sahibdir (6:05,336), lakin hətta o belə, Porsche 919 Hybrid EVO (5:19,546) modelinə çata bilməz. Bu arada, 2018-ci ildə ID.R Pikes Peak tarixindəki ən yeyin avtomobil olub, 2019-cu ildə isə, Qudvudda 20 il qüvvədə qalmış sürətlə təpəyə qalxma rekordunu yeniləyib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh