Zirehli texnikaya Hökümənin adı verildi - VİDEO

Qazaxıstanda istehsal olunan hərbi xarakterli zirehli ambulans maşınına Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın adı verilib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan “Paramount Engineering and Weapon Systems Engineering”in təsisçisi, ölkənin İqtisadi Müstəqillik Hərəkatının Lideri Aybek Barış sosial media hesabında məlumat verib.
“Baxın bu ambulansın adı Hökümə Əliyevadır. O, Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin ekipaj üzvü idi.
Öz həyatının sonlanacağını bildiyi halda həyəcan keçirmədən, son ana kimi insanların həyatını xilas etmək üçün mübarizə aparan qəhrəman...
Buna görə, o, təkcə Azərbaycanın yox, bütün türk dünyasının qəhrəmanıdır. Bu ambulansın da məqsədi insanların həyatını xilas etməkdir. Hökümənin ruhu şad olsun! Hamımız sağlam və güvəndə olaq” , - sözlərini deyib.
Milli Qəhrəmanın adı verilən həmin texnikanın görüntülərini təqdim edirik:
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












