Bakı Qran-prisinin tarixi bu səbəbdən DƏYİŞDİRİLİB

"Formula 1" üzrə 2023-cü il Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilməsinin səbəbi bəlli olub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Bin Sulayem açıqlama verib.
O, yarış sayının çox olması və bunların "24 saat Le Man" marafonunu ilə eyni tarixə təsadüf etməməsi üçün iyun ayında yalnız iki Qran-prinin keçirilməsinə qərar verildiyini bildirib: "Təqvimin tərtibi zamanı buna xüsusi diqqət yetirilib".
Bin Sulayemin sözlərinə görə, dünya çempionatında 24 yarışın yer alması avtoidmanın qlobal səviyyədə inkişafının və geniş auditoriya cəlb etməsinin sübutudur:
"Təqvimə yeni yarışların əlavə olunması və ənənəvi Qran-prilərin qorunub saxlanması FIA-nın bir daha "Formula 1"ə xüsusi diqqətinin göstəricisidir. Məmnunluq hissi ilə bildirirəm ki, daha böyük həyəcanla yarışın yeni erasına qədəm qoyuruq. Beynəlxalq Avtomobil Federasiyasının 2022-ci ildə qəbul etdiyi qaydalar bunun üçün geniş zəmin yarada biləcək".
Qeyd edək ki, "Formula 1"in yeni mövsümü rekord sayda - 24 yarışla keçirilək. Azərbaycan Qran-prisi 28 - 30 apreldə baş tutacaq. Bakıdakı yarışın vaxtı 3 ildən sonra yenidən dəyişdirilib.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












