"Formula-1": Azərbaycan Qran-prisində sıralama turu başladı - YENİLƏNİB

Yarışma 25 Sentyabr 2026 16:18
"Formula-1": Azərbaycan Qran-prisində sıralama turu başladı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

Avtosfer.az xəbər verir ki, yarışda hər birində iki pilot olmaqla 11 komanda mübarizə aparır. Sessiya 1 saat davam edəcək.

Qeyd edək ki, bir saat davam edən sessiya sabah keçiriləcək Qran-prinin start düzülüşünü müəyyənləşdirəcək.

***13:41

Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü başa çatıb.

Avtosfer.az xəbər verir ki, üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull" pilotu Mark Ferstappen göstərib.

Bu sessiyada "Mersedes" pilotu Corc Rassell ikinci, "Ferrari" pilotu Lyuis Hamilton isə üçüncü tamamlayıb.

Qeyd edək ki, bu gün saat 16:00-da əsas pilotların sıralama turu keçiriləcək.

***12:36

Bakıda "Formula-1" Azərbaycan Qran-prisinin üçüncü sərbəst yürüşü başlayıb.

Avtosfer.az xəbər verir ki, üçüncü sərbəst yürüş saat 12:30-da başlayıb və 13:30-da başa çatacaq.

Sınaq yürüşündə hər biri iki pilotla təmsil olunan 11 komanda mübarizə aparır. Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrə vuracaqlar.

Qeyd edək ki, bu gün saat 16:00-da əsas pilotların sıralama turu da keçiriləcək.

Xatırladaq ki, "Formula-1" Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.

Oxunub : 314
ŞƏRH YAZ
Ad

E-mail

Şərh