"Formula-1 Azərbaycan Qran-prisi"nin marşalları fəaliyyətə başlayıblar - FOTO

Dünyanın ən sürətli pilotları sabah Bakı küçələrinə çıxacaq və onların təhlükəsizliyi üçün ən önəmli komanda artıq hazırdır - "Formula-1" marşalları. Bu il 1 500-ə yaxın marşal "Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025"də iştirak edərək yarışın təhlükəsizliyini təmin edəcək.
Avtosfer.az xəbər verir ki, marşallar bu gün səhər saatlarından etibarən Atletlər kəndində yerləşən marşal düşərgələrindən tras ərazisinə yola düşüblər. Onlar artıq postlarına yerləşərək yarış günlərində qarşılaşa biləcəkləri bütün vəziyyətlərə hazırlaşırlar.
Marşallar müxtəlif funksional qruplara bölünür: yanğın marşalları, bayraq marşalları, trek marşalları və digər dəstək komandaları. Hər bir qrupun özünəməxsus vəzifəsi var, amma hamısını birləşdirən əsas məqsəd - azarkeşlər və pilotlar üçün təhlükəsiz və problemsiz yarış atmosferi yaratmaqdır.
Bu gün onlar tras boyunca gəzərək öz postları ilə tanış olublar, təlimatlar alıblar və müxtəlif ssenarilər üzrə hazırlıq məşqləri keçiriblər. Hər bir marşalın rolu öncədən müəyyənləşdirilib və bütün fəaliyyətlər təhlükəsizliyin yüksək səviyyədə qorunmasına xidmət edir.
"Formula-1" marşalları yalnız Azərbaycanda deyil, bütün dünyada könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Onların əksəriyyəti "Formula-1"ə olan böyük sevgi və həyəcanla bu prosesə qoşulur. Bir çox marşal üçün bu, peşəkar karyeradan çox, fədakarlığın və motorsporta bağlılığın göstəricisidir.
Marşalların dəqiqliyi, intizamı və cəsarəti olmadan "Formula-1" mümkün olmazdı. Onların səssiz zəhməti sayəsində pilotlar yüksək sürətdə mübarizə aparır, azarkeşlər isə trekin həyəcanını təhlükəsiz şəraitdə izləyə bilirlər.
"Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2025" 19-21 sentyabr tarixlərində Bakı şəhərinin mərkəzi küçələrində keçiriləcək.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB


















