"Formula-1" Azərbaycan Qran-prisinin vaxtı daha 4 il uzadıldı

"Formula 1" Azərbaycan Qran Prisinə ev sahibliyi etmək üçün müqavilənin müddətini uzadıb.
Avtosfer.az xəbər verir ki, tərəflər Bakı dövrəsinin 2030-cu ilə qədər dünya çempionatının təqvimində qalmasını təmin edəcək yeni dörd illik müqavilə imzalayıblar.
"Formula 1"in prezidenti və baş icraçı direktoru Stefano Domenikalinin sözlərinə görə, “Bakının inanılmaz enerjisi var və 2016-cı ildə keçirilən ilk Qran Pridən bəri "Formula 1" Azərbaycan xalqı tərəfindən davamlı olaraq isti və coşğulu qarşılanır. Bakı tarixi köhnə şəhərdən keçən texniki hissələrə və heyrətamiz sahil boyu uzun düzlərə malik unikal dövrə ilə öyünür. Bütün bunlar hər il hərəkətli və həyəcanlı yarışlara səbəb olur.
Bu müqavilənin uzadılması "Formula 1"in, Azərbaycan hökumətinin və promouterlərinin güclü etimadını və öhdəliyini əks etdirir və ölkə üçün maraqlı gələcəyə yol açır”.
Xatırladaq ki, daha öncəki razılaşmaya əsasən, ən son yarışın 2026-cı ildə keçirilməsi nəzərdə tutulurdu.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB











