"Formula 1": "Ferrari" "Mercedes"dən üç dəfə az pul ödəyəcək

2021 mövsümündə "Formula 1" üzrə dünya çempionatında iştirak edəcək komandaların ödəməli olduqları mütləq üzvlük haqqının məbləğləri bəlli olub.
"Report" "Motorsport" nəşrinə istinadən xəbər verir ki, üzvlük haqqının baza hissəsi 556,5 min ABŞ dollarıdır. Bundan əlavə, çempion komanda qazandığı hər xal üçün 6677 dollar, digərlərinin isə hər biri 5563 dollar ödəyəcək.
Beləliklə ən böyük məbləğ yenə çempion olan "Mercedes"in payına düşəcək. Məbləğ keçən ilə nisbətən azalacaq. Çünki 2020 mövsümündə 17 mərhələ baş tutub və xallar itirilib.
2021-ci ildə "Formula 1"də iştirak üçün komandaların üzvlük haqqları
1. "Mercedes" - 4.382 milyon dollar
2. "Red Bull" - 2,331 milyon dollar
3. "McLaren" - 1,68 milyon dollar
4. "Racing Point" - 1,641 milyon dollar
5. "Renault" - 1.563 milyon dollar
6. "Ferrari" - 1.285 milyon dollar
7. "Alfa Tauri" - 1.152 milyon dollar
8. "Alfa Romeo" - 0,601 milyon dollar
9. "Haas" - 0,573 milyon dollar
10. "Williams" - 0,556 milyon dollar.
Beləliklə, mövsümdə uğursuz çıxış edən "Ferrari", "Mercedes"dən təxminən 3,5 dəfə az pul ödəyəcək.
Sürücü burada ötmə edə bilər? - DOĞRU CAVAB
Formula 1-də hibriddən imtina edilir
Sürücü burada ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN











