"Formula-1" pilotları Bakıda qutab bişirdilər - FOTOLAR

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Paddok ərazisində yerləşən "Chill Zone"də maraqlı anlar yaşanıb.
Avtosfer.az xəbər verir ki, "Alpin" komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli, eləcə də "Red Bull"un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin sevilən təamlarından olan qutab hazırlayıblar.
Xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar pilotların hazırladığı yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini də izləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb, qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincini gizlətməyib. Qasli isə yumorla fərqlənib – hazırladığı qutab ənənəvi formadan uzaq olsa da, zarafatla “Kim deyib ki, qutab mütləq yumru olmalıdır?”, – deyə bildirib.
Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb. Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.
.jpg)
.jpg)
.jpg)

Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB










