"Formula 1"də sərbəst yürüşlərin sayı azaldılır
Yarışma
26 Avqust 2022 15:52

"Formula 1" rəhbərliyi dünya çempionatının mərhələlərində sərbəst yürüşlərin sayını azaltmaq istəyir.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun prezidenti Stefano Domenikali mətbuat konfransında bildirib.
57 yaşlı funksionerin sözlərinə görə, Qran prilərdə sərbəst yürüşlərin sayını azaltmaq lazımdır: "Azərkeşlər nöqteyi-nəzərindən düşünürəm ki, hər gün trasda nələrsə uğrunda mübarizənin olması vacibdir. Test yürüşləri mühəndislər və pilotlar üçün maraqlıdır. Lakin bu, idman növüdür və burada yarışmaq lazımdır. Cümə günü bir sərbəst yürüşün tərəfdarıyıq. Daha sonra sürücülər trasa çıxanda nələrsə uğrunda mübarizə aparacaqlar".
Domenikali növbəti mövsümdən sprint yarışlarının sayının 3-dən 6-ya çatdırmaq istədiklərini də vurğulayıb.
Qeyd edək ki, hazırda bütün Qran prilər 3 sərbəst yürüşdən ibarətdir.
Oxunub : 1554
DİGƏR XƏBƏRLƏR
19 Noyabr 2026 16:30
Formula 1-də hibriddən imtina edilir
18 Noyabr 2026 09:00
Sürücü burada ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
6 Noyabr 2026 15:00
Hansı sürücü düzgün parklanma edib? - DOĞRU CAVAB
5 Noyabr 2026 15:41
İlin avtomobili müsabiqəsinin finalına yalnız elektromobillər çıxdı – 63 İLDƏ İLK
30 Oktyabr 2026 10:00
Hansı sürücü düzgün parklanma edib? - CAVAB VER, HƏDİYYƏ QAZAN
27 Oktyabr 2026 22:00
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - DOĞRU CAVAB
16 Oktyabr 2026 10:00
Sürücü yoxuşun sonunda ötmə edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
7 Oktyabr 2026 10:00
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
25 Sentyabr 2026 16:26
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
25 Sentyabr 2026 10:30
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
24 Sentyabr 2026 10:56
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
24 Sentyabr 2026 10:06
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
ŞƏRH YAZ











