"Formula 1"in idman direktoru vəzifəsini tərk edib

“Formula 1” avtoyarışları üzrə dünya çempionatının idman direktoru ingilis Ross Braun vəzifəsini tərk edib.
“Report” xəbər verir ki, bu barədə noyabrın 28-də qurumun mətbuat xidməti məlumat yayıb.
“İndi təqaüdə çıxmağım üçün doğru vaxtdır. İşin çoxunu etdik, indi konsolidasiya dönəmindəyik. 2026-cı ildə yeni maşın ortaya çıxacaq, amma hələ dörd il var, mənim üçün bu, yetərincə uzun sürəkdir. Buna görə də növbəti qrup insanlar üçün işin bu hissəsini öz üzərini götürməsi yaxşıdır. Düşünürəm ki, “Formula 1”i əla vaxtda tərk edirəm”, - Braun bildirib.
Qeyd edək ki, 68 yaşlı Ross Braun 2017-ci ildən “Formula 1”in idman direktoru vəzifəsindədir. Mütəxəssis “Formula 1” karyerasına 1978-ci ildə “Vilyams” komandasının mühəndisi kimi başlayıb və 1989-1991-ci illərdə “Formula 1”i tərk edib. 1991-ci ildən R. Braun “Benetton”un texniki direktoru və konstruktoru vəzifəsində çalışıb, komandanın pilotu alman Mixael Şumaxer iki dəfə çempionluq titulunu qazanıb (1994, 1995), komanda həmçinin Konstruktorlar Kubokunu (1995) qazanıb. 1997-ci ildən Braun “Ferrari”də işləməyə başlayır, onun rəhbərliyi altında komanda altı Konstruktorlar Kubokunun qalibi (1999-2004), Şumaxer isə daha beş çempionluq titulunu qazanıb (2000-2004).
2006-cı il mövsümünün sonunda Şumaxer “Ferrari”ni tərk edib, Braun isə fəaliyyətinə bir il ara verib. 2008-ci ildə o, “Honda” komandasının rəhbəri olub və 2009-cu ilin martında onu satın alaraq “Braun” adlandırıb. 2009-cu il mövsümünün sonunda komanda Konstruktorlar Kubokunun ən yaxşısı olub, komandanın pilotu Censon Batton isə dünya çempionatının qalibi olub. Bir müddət sonra komanda başqa konsernə satılaraq “Mersedes” adlandırılıb, daha sonra Şumaxer ora keçid edib, 2012-ci ildə o, idman karyerasını başa vurub, 2013-cü ildə isə Braun komandadan ayrılıb. Mütəxəssis 2017-ci ilə qədər “Formula 1”də işləmirdi.
Yolayrıcında keçmə ardıcıllığını göstərin - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün manevr edir? - DOĞRU CAVAB
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi








