“Porşe” Formula 1 yarışlarından imtina etdi

“Porşe” şirkəti Formula 1 yarışlarına qatılmaqdan imtina edib.
Avtosfer.az xəbər verir ki, şirkət “Red Bull” komandası ilə anlaşa bilmədiyi üçün belə qərar qəbul edib.
“Porşe” Avstriya komandasını mühərriklə təmin etmək öhdəliyini üzərinə götürüb. Amma “Red Bull” rəhbərliyi belə olacağı məqamda Almaniya şirkətinin təsiri altına düşəcəyindən ehtiyatlanıb. Nəticədə “Red Bull” ilə anlaşa bilməyən “Porşe” ümumiyyətlə Formula 1-ə qatılmamaq qərarına gəlib.
Almaniya şirkətinin geri çəkilməsindən sonra bəzi mənbələr “Honda”nın yenidən Formula 1-ə qayıtmağa hazırlaşdığı ilə bağlı məlumatlar yayıb. Həmçinin “Ford”un da Formula 1-ə gəlişi müzakirə olunur.
Bu xəbərlər təsdiqini tapacağı halda, həmin komandalar 2027-ci ildən Formula 1-də iştirak edəcəklər. Bunun üçün isə 2023-cü ilin iyunun 30-dək qeydiyyatdan keçmək lazımdır.
Modern.az
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












