Bakı-Qazax avtobusu: Afrikasayağı komfort, yoxsa ölüm riski? - FOTO

Xalqımızın telefona bağlılığı məlum məsələdir. Gündəlik həyatda gənclərin telefon asıllığını tənqid edən yaşlı nəsil uzaq səfər avtobusuna mindikdə adapter və vayfay dərdinə düşür. Avtobusda internetsiz keçinmək olsa da, çoxları adaptersiz keçinə bilmir. Çox vaxt da bu məsələdə sürücü ilə sərnişinlər arasında narazılıq yaranır. Lakin bunun da “çarəsi” tapılıb.
Bazar günü rayondan qayıdarkən “Ağ Çiçəyim” şirkətinə məxsus “Setra” markalı avtobusda gördüyüm sistem məni əməlli-başlı təəccübləndirdi: Hər oturacağın yanına kabel çəkilərək bir ştepsel quraşdırılmışdı. Ştepsel yuvaları salonun üzlüyünə səliqəli montaj edilsə də, narahatlıq doğuran məqam başqa idi.
Müasir avtobuslarda telefon və ya noutbuku doldurmaq üçün USB çıxışları olur. Lakin fərq budur: USB çıxışında gərginlik bir neçə voltdur və insan həyatı üçün təhlükə yaratmır. 220 volt gərginlik isə qəza zamanı daha ağır fəsadlarla nəticələnə bilər.
Salonda sürücünün qarşısındakı uzadıcıda isə 3 telefon taxılmışdı. Sürücüdən sistemin necə işlədiyini soruşduqda bildirdi ki, xüsusi qurğu 12 voltu 220-yə çevirir.
Problem nədən ibarətdir? Sərnişinin komfortu zəruridir, lakin təhlükəsizlik komfortdan irəlidədir. Qəza olacağı təqdirdə 220 volt cərəyan ya birbaşa, ya da yanğın törədərək kiminsə həyatına son qoyacaq.
O ki qaldı komforta, sözügedən avtobusun sürücüsünə və şirkətə bir tövsiyəm var: normativləri pozaraq salonu kabelləşdirməyə sərf olunan pula salonun filtrləri dəyişdirilsə daha yaxşı olar. Salonda iydən oturmaq mümkün deyil. Hava işləmədiyi üçün şüşələrdən tər birbaşa kabellərin üstünə tökülür. Belə bir qapalı və rütubətli mühit həm koronavirus, həm də mövsümi qripin yayılması üçün ideal məkandır.
PS. Sərnişinlərin vaxtını səmərəli keçirməsi üçün salona ucuz kitablar da alıb qoymaq olar.
Vüqar Yaşaroğlu
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?











