Maştağada ağaclar məhv edilir - Cinayət işi başlanıldı - VİDEO (YENİLƏNİB)

Maştağada ağacların kəsilməsi faktı üzrə cinayət işi başlanılıb.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, fakta görə Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qanunsuz olaraq ağacları, kolları və ya digər yaşıllıqları kəsmə maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
***
“Maştağada “Köhnə klub” adlanan ərazidə çoxillik ağacları kəsirlər. Qəsəbədəki Heydər Əliyev parkı ilə birləşən yerdə - poçt, polis bölməsi və vağzala yaxın hissədə artıq ağaclar kəsilib və məhv edilib. İllərdir əkilmiş qocaman ağaclardan heç nə qalmayıb”.
Avtosfer.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib.
Onların sözlərinə görə, axşamlar işıqlar söndürülür və qaranlıqda ağacları məhv edirlər ki, sakinlər görə bilməsinlər:
“Həmin ərazidə 40-50 yaşında ağaclar var idi. Başladılar orada obyekt tikməyə. Obyektə görə o ağaclardan təxminən 20-25-i kəsildi. Əvvəlcə budadılar ki, hiss olunmasın, sonra kəsməyə başladılar. Hamısı da zeytun və şam ağacları idi. Bu məsələ ilə bağlı aidiyyəti qurumların tədbir görməsi vacibdir. Bu qanunsuzluğu edən cəzalandırılmalı, digər ağaclar xilas edilməlidir”.
Problemlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə qanunsuz ağac kəsintisi faktı aşkar edilib:
“Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.
Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










