«Avro-5»ə uyğun benzin istehsalına hələ üç il var

2018-ci ildə Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) Avro-5 ekoloji standartlarına uyğun benzin istehsalına başlamağı planlaşdırır. Bu hədəfə çatmaq üçün 42-48 ay ərzində müəssisənin modernləşdirilməsi üzrə işlər görüləcək. Şirkətin məqsədi həmin NEZ-də 2030-cu ilədək 7,5 milyon ton neft emalını təmin etməkdir ki, bu da öz növbəsində illik 3 milyon ton dizel yanacağı və 2,4 milyon ton benzin istehsalına imkan verəcək. Bu, həmçinin ölkənin keyfiyyətli yanacağa olan tələbatını və kiçik həcmdə ixrac əməliyyatlarını təmin etməyə imkan verəcək.
Hazırda NEZ-in emal dərinliyi 92 faizi ötür. Bu müəssisə ölkənin yanacağa olan tələbatını təmin edir. Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın bildirdiyinə görə, Avro-4 standartında yanacaq istehsal etmək üçün bizim Heydər Əliyev adına Bakı neft emalı zavodunda (HEZ) gərək çox milyonluq kapital qoyuluşlu modernizasiya ediləydi: "Ancaq indiyə qədər SOCAR qarşısında hökumət belə bir məsələ qoymamışdı. Qoyulan məsələ yeni neft-kimya kompleksinin tikilməsi ilə bağlı məsələləri həll etmək idi. Ancaq aydın olanda ki, o çox kapitalyönümlü və vaxt aparan bir məsələdir, onda SOSAR hökumətə təklif verdi ki, Heydər Əliyev adına zavodda həqiqətən modernizasiya işləri aparmaqla 2018-ci ilə qədər artıq Avro-5 yanacağı burxmağa nail ola bilər. Necə deyərlər hər şey vəsaitə və hökumətin istəyinə bağlıdır".
Mütəxəssislərin sözlərinə görə, Azərbaycan bu gün nə qədər çox təmiz neftə və emaledici infrastruktura sahib olsa da, bizdə istehsal olunan yanacağın keyfiyyəti hazırda Avropada ən yüksək standart sayılan "Avro-5" və "Avro-6"dan 3 dəfə geri qalır. Və bizə həmin standartlara çatmaq üçün 2023-cü ilədək - Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində tikilməkdə olan yeni neft-qaz emalı kimya kompleksi fəaliyyətə başlayanadək vaxt lazımdır.
Ucnoqta.az
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










