Avropa Oyunları ilə bağlı əsas avtobus marşrutları müəyyənləşdi

I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) 2014-cü ildə görülmüş işlər barədə hesabatında yer alıb. Hesabatda qeyd olunub ki, 2015-ci ildə paytaxtda keçiriləcək I Avropa Oyunları üçün Mərkəzin qarşısına qoyulan tədbirlərin həll olunması üçün mühüm işlər həyata keçirilib: “Olimpiya Təşkilat Komitəsinin nəqliyyat məsələləri üzrə bölməsi ilə aktiv işlər yerinə yetirilməkdədir. İntellektual Nəqliyyat Sistemi çərçivəsində qurulan avtobus dayanacaqlarının Mərkəzlə əlaqəsi var və onların normal qaydada işləməsi üçün daimi nəzarət olunur. I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib. Hazırda isə bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Hər bir obyekt üzrə marşrutun oyunlar zamanı necə fəaliyyət göstərməsi üçün analizlər aparılır və əlavə işlərin görülməsi üçün tədbirlər görülür”.
Eyni zamanda, I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış plana əsasən yollarda xüsusi Avropa Oyunları zolaqları ayrılacaq ki, bu yol zolaqlarından yalnız idmançılar, işçi heyət, qonaqlar istifadə edəcəklər. “Bu isə o deməkdir ki, həmin ərazilərdə yollar bağlanmayacaq. Əhali yolun digər zolağından istifadə edə biləcək. Əlavə olaraq, I Avropa Oyunları ilə əlaqədar idman yarışlarının keçiriləcəyi məkanlara daha tez və vaxtında çatmaq üçün işçi heyəti, idmançılar, qonaqlar üçün ekspress marşrutlar - yəni ictimai nəqliyyat vasitələri də təşkil olunacaq”, - deyə hesabatda vurğulanıb.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












