Avtomobil üçün "Android"

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin birbaşa avtomobilə quraşdırılacaq versiyasını hazırlamağa başlayıb. Avtosfer.az bildirir ki, cari ilin iyununda şirkət “Android Auto” sistemini təqdim etsə də, proqram avtomobilin multimedia kompleksinin müstəqil əməliyyat sistemi olmayıb. Faktiki “Android Auto” avtomobil ekranına smartfondakı proqramları – naviqasiya, musiqi, zənglər və bildirişlərin göndərilməsi üçün əlavələri daxil edib. Analoji "Apple CarPlay” və “Windows in the Car” platformalarını bu il “Apple” və “Microsoft” şirkətləri də nümayiş etdirib. Lakin “Android”in avtomobillər üçün yeni versiyası smartfonun qoşulmasını tələb etməyəcək. Şirkətin planlarına sistemi bir il ərzində - “Android” mobil platformasının növbəti versiyası ilə paralel təqdim etmək daxildir.
Potensial baxımdan “Android” avtomobildə naviqasiya və əyləncəni təmin edən standart sistem ola bilər. Bilavasitə avtomobillə inteqrasiya sürücünü hər dəfə maşını işə saldıqda “Google” servislərinə uyğun smartfonu qoşmadan və qurğunun akkumulyatorunun boşalması riski olmadan çıxış əldə etməyə imkan verəcək.
Bundan başqa, “Google” platforması avtomobilin digər komponentlərinə, məsələn, yanacaq səviyyəsi indikatoruna qoşula bilər. Sistem bakdakı yanacağın səviyyəsinin aşağı olduğunu müəyyən etdikdə, quraşdırılmış "Google” kartları avtomatik olaraq yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə marşrut təklif edəcək.
Bu həll “Google” üçün də sərfəli ola bilər. Belə ki, şirkət avtomobilin GPS məlumatlarına çıxış əldə edərək istifadəçinin daha çox hansı marşrutlar üzrə hərəkət etməsini, harada dayanmasını və harada yanacaq doldurmasını müəyyənləşdirə biləcək (mincom.gov.az).
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












