"Avtoş" avtobus sürücülərinə qarşı yeni sistem - VİDEO

Bakıda ictimai nəqliyyatda sürücü özbaşınalığına son qoyacaq yeni sistem yaradılır. ANS-in məlumatIna görə, söhbət avtobus sürücüləri üçün yaradılacaq elektron bazadan gedir. Yeni sistemdə avtobus sürücüləri qeydiyyata alınacaq. Bazada onlar haqqında məlumatlar, xəstəlikləri, törətdikləri qəzalar yer alacaq. Sürücünün idarə etdiyi maşın markası və nömrə nişanı da sözügedən bazada öz əksini tapacaq. Sürücü özbaşınalığı ifadəsinin açıqlaması isə hər kəsə tanışdı. Ya mindiymiz avtobusun sürücüsü sərnişinlə çox kobud davranır, ya nəqliyyat vasitəsini necə gəldi sürür, ya da özünü necə deyərlər lap ralli yarışlarında hiss edir.
Ekspert Ərşad Hüsyenovun fikrincə, yeni sistem ictimai nəqliyyatdakı problemləri qismən həll edə bilər. Amma problemin düzgün həlli yolu ilk növbdə sürücülük vəsiqəsi olmayan avtobus sürücülərini işdən uzaqlaşdırmaqdır. Çünki heç bir sənədi olmayan sürücü avtomobili necə gəldi sürür, qayda-qanunu pozur, sərnişin - sürücü, sürücü - sahibkar arasında problemlər yaranır. Ekspertin fikrincə, mövcud problemlərdən biri də avtobus sürücülərinin tibbi sığortadan keçməməsidir:
"İctimai nəqliyyat sadəcə biznes deyil, bu bir xidmətdir. Hərdən belə deyirlər ki, reyd keçirildi nəticədə sərxoş sürücü və ya avtobusu sənədsiz idarə edən sürücü aşkar olundu. Deməli nəzarət lazımi qaydada deyil. Ayda bir dəfə ya da iki aydan bir reyd keçirmək lazım deyil. Hər gün bu reydlər keçirilməli və nəzarət gücləndirilməlidir”.
Nəqliyyat Nazirliyi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları isə yeni yaradılacaq baza işə düşdükdən sonra avtobus qəzalarının sayının kəskin azalacağını bildirirlər. Sürücü özbaşınalığı ilə əlaqədar mütəmadi reydlər də təşkil olunur. Baş verən qəzalar araşdırılır, günahı olan sürücünün işinə xitam verilir. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov qurum tərəfindən sürücülük kurslarının təşkil olunduğunu və bunun sürücülərin peşəkarlığını, məsuliyyətini artıracağını bildirdi.
Hər halda qurumlar müvafiq addımı atır, qalır bu addımların özünü doğrultması. Bu isə məsul şəxslər kimi sürücülərdən də asılıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












