AZAL super təyyarə aldı - FOTO

"Boeing" şirkəti bu gün “Boeing 787 Dreamliner” təyyarəsinin Azərbaycan Hava Yollarına tədarük edildiyini elan edib. Avtosfer.az bunu anspress-in şirkətin rəsmi saytına istinadla verdiyi məlumata görə, bu təyyarəni almaqla Azərbaycan Hava Yolları MDB-də ilk aviaşirkət olub. Təyyarə AZAL-ın uzaq ölkələrə reyslərini genişləndirmək üçün əsas rol oynayacaq. "Biz Azərbaycan Hava Yollarının həm regional, həm də beynəlxalq miqyasda rəqabət qabiliyyətinin artırılmasına kömək edəcək bu inqilabi təyyarəni almaqda şadıq". Bu sözləri Azərbaycan Hava Yolları QSC-nin prezidenti Cahangir Əsgərov bildirib. O qeyd edib ki, sözügedən təyyarə nadir bort xüsusiyyətlərinə və xüsusi funksiyaları ilə sərnişinlərə yüksək xidmət göstərməyə imkan verəcək".
“Boeing 787 Dreamliner” təyyarəsi texnoloji cəhətdən qabaqcıl xüsusiyyətləri ilə seçilir. Eyni zamanda, təyyarə öz nəslinin super-səmərəli fəsiləsindəndir. Təyyarə bənzərsiz yanacaq effektivliyi və ekoloji göstəricilər ilə Azərbaycan Hava Yollarına 20 % daha az yanacaq sərfiyyatına imkan verəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















