Azərbaycan “Kamaz”ın ikinci ixrac bazarı ola bilər

2015-ci ilin birinci yarısında Azərbaycanda “Kamaz”ın yığılmasına başlanılacaq. “Kamaz”dan verilən məlumata görə, onlar Gəncə avtomobil zavodunda yığılacaq. Tərəfdaşlar müqaviləni dekabrın 22-də imzalayıblar. Ortamüddətli perspektivdə “Kamaz” brendi adı ilə ildə 1000 yük maşınının yığılması planlaşdırılır, bu barədə “Vedomosti”yə Rusiya şirkətinin nümayəndəsi danışıb. Lisenziyalı buraxılış “Kamaz”ın realizə ilə əlaqədar xərc və risklərini azaldır. Onun sözlərinə görə, yığılmış maşınların satışı ilə Gəncə zavodu məşğul olacaq. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, avadanlığın bir hissəsini rusiyalı tərəfdaş alacaq. Şirkətin illik hesabatına görə, 2013-cü ildə Azərbaycana 245 “Kamaz” (ümumi ixracın 4%-i) gətirilib. Bu ölkə “Kamaz” üçün Qazaxıstan, Ukrayna və Özbəkistandan sonra dördüncü xarici bazar olub. 2014-cü ildə “Kamaz” Azərbaycanda 200 yük maşını satmağı planlayıb, bu barədə şirkətin nümayəndəsi bildirib, yaxın 3-5 ildə isə bunu ilə 1000 ədəd həddinə çatdırmaq nəzərdə tutulub (buna qədər yığılan maşınların bir hissəsini qonşu ölkələrdə satmaq olar). Azərbaycan “Kamaz” üçün ikinci ixrac bazarı ola bilər. “Kamaz”ın satışı maksimum 2-3 dəfə artacaq. Bazar böyük deyil, EURussia Partner rəhbəri İvan Bonçev belə hesab edir. OİCA-nın məlumatına görə, birinci yarımildə burada 900 kommersiya avtomobili (+12,5%) satılıb. “Kamaz”ın nümayəndəsi Azərbaycan bazarının iri neft-qaz layihələrinin həyata keçirilməsi hesabına dinamik şəkildə inkişaf edəcəyindən əmindir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












