Azərbaycanda benzin, dizel və maye qazla bağlı YENİLİK

Azərbaycanda yol vergisinin hesablanması və ödənilməsinə yeni nəzarət mexanizmi hazırlanıb. Avtosfer.az-ın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklikləri özündə əks etdirən müddəalar layihəyə daxil edilib. “Məlum olduğu kimi, “Yol hərəkəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxslərə aid olan mexaniki nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan 4 il keçdikdən sonra iki ildə bir dəfə, 10 il keçdikdən sonra isə hər il texniki baxışdan keçirilməlidir. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələri texniki baxışdan keçirilməyən illərə görə yol vergisinin dövlət büdcəsinə ödənilməsi mexanizmi olmadığı üçün bu verginin dövlət büdcəsinə köçürülməsi tam təmin edilmir. Layihəyə əsasən Azərbaycan Respublikası ərazisinə daxil olan və Azərbaycan Respublikası ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinin, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və Azərbaycana idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın yol vergisinin vergitutma obyekti hesab olunması təklif edilir”, - deyə N. Əmirov bildirib.
Nazir müavini bildirib ki, layihədə yol vergisinin Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinin topdansatış qiymətinə və idxal olunan həmin malların gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulub. “Bu verginin düzgün hesablanmasının və vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcək”, - deyə nazir müavini əlavə edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












