Azərbaycanda bu körpü 60 ildən sonra təmirə dayandı

Ələt-Astara magistralının Lənkəran rayonunun Qumbaşı kəndindən keçən körpü dünəndən təmirə dayanıb. APA-nın məlumatına görə, sonuncu dəfə 1955-ci ildə əsaslı təmir olunan körpünün dayaq və tavan hissələrində yaranan qəza vəziyyəti onun yenidən təmir olunmasına səbəb olub. Körpünün qəza vəziyyətinə düşməsinin digər bir səbəbi isə iri tonnajlı ağır yük maşınlarının intensiv olaraq onun üstündən keçməsidir. Hazırda sözü gedən yolla nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb və maşınlar indi alternativ yol kimi Lənkəran-Boradigah və Boradigah-Masallı şosesindən istifadə edirlər.
Körpünün əsaslı təmir-bərpa işlərinə “Körpü-Bina” Tikinti Şirkətinin ağır texnikaları və 60-a yaxın canlı qüvvəsi cəlb olunub. Təmirin bir həftə ərzində başa çatdırılması nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












