Azərbaycanda "KamAZ" istehsal ediləcək

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi növbəti əməkdaşlıq müqaviləsinə imza atıb. Sənədə əsasən, müəssisədə yeni yüksək keçidli, ağır tonnajlı avtomobillərin sənaye üsulu ilə yığımı nəzərdə tutulur. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, dekabrın 22-də Gəncə Avtomobil Zavodu ilə Rusiyanın “KamAZ” zavodu ilə ikitərəfli müqavilə imzalanıb. Sənədə görə, 2015-ci ilin əvvəlindən başlayaraq, Gəncədə müxtəlif modeldə yüksək keçidli, ağır tonnajlı avtomobillərin yığımına start veriləcək. Müqaviləni Rusiya müəssisəsi tərəfindən “KamAZ” zavodunun baş direktorunun müavini Tsıqanov Vasiliy Vitaliyevic, Azərbaycan tərəfindən isə Gəncə Avtomobil Zavodu İB-nin direktoru Kamran Nəzərov imzalayıblar. Uzunmüddətli əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən, yığılacaq "KamAZ" avtomobillərinin ilkın mərhələdə Azərbaycan bazarında, sonralar isə xarici bazarda satışı planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












