Azərbaycanda maşınların qiyməti qalxır - aksiz dərəcələri artırılacaq

Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur. Avtosfer.az-n məlumatına görə, Vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 sm³-dək olduqda, mühərrikin həcminin hər sm³-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Əgər indi mühərrikin həcmi 3000 sm³-ə qədər olduqda mühərrikin həcminin hər sm³-ə görə 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunurdusa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, hazırda mühərrikin həcmi 4000 sm³-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə 4 manat olacaq. Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 sm³-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd - mühərrikin həcmi 5000 sm³-dək olduqda və 5000 sm³-dən çox olduqda əlavə edilib. Belə ki, dəyişiklik məqbul sayılsa, aksiz dərəcəsi mühərrikin həcmi 5000 sm³-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 sm³ hissəsi üçün hər sm³-ə görə 8 manat, mühərrikin həcmi 5000 sm³-dən çox olduqda 13900 manat və əlavə olaraq 5000 sm³-dən çox olan hissəsi üçün hər sm³-ə görə 10 manat təşkil edəcək. İndi istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər sm³-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.
|
Vergitutma obyektinin adı
|
Aksizin dərəcəsi |
|
|
İndi
|
Dəyişiklikdən sonra |
|
|
Minik avtomobilləri: -mühərrikin həcmi 2000 sm³-dək olduqda |
Mühərrikin həcminin hər sm³-nə görə - 0,15 manat |
Mühərrikin həcminin hər sm³-nə görə - 0,20 manat |
|
-mühərrikin həcmi 3000 sm³-dək olduqda |
300 manat + mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1 manat
|
400 manat+mühərrikin həcminin 2001-3000 sm³ hissəsi üçün hər sm³-ə görə - 1,5 manat
|
|
-mühərrikin həcmi 4000 sm³-dək olduqda |
1300 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 2 manat
|
1900 manat + mühərrikin həcminin 3001-4000 sm³ hissəsi üçün hər sm³-ə görə - 4 manat
|
|
-mühərrikin həcmi 5000sm³-dən çox olduqda |
|
5900 manat+ mühərrikin həcminin 4000-5000 sm³hissəsi üçün hər sm³-ə görə - 8 manat
|
|
-mühərrikin həcmi 5000sm³-dən çox olduqda |
|
13900 manat+ mühərrikin həcminin 5000 sm³-dən çox olan hissəsi üçün hərsm³-ə görə - 10 manat
|
|
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr |
Mühərrikin həcminin hər sm³-ə görə - 1 manat |
Mühərrikin həcminin hər sm³-ə görə - 3 manat |
Qeyd: Qalın şriftlə qeyd olunanlar əlavə olunmuş bəndləri və artımın məbləğini göstərir.apa
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO








