Azərbaycandan nəhəng layihə

Həştərxanda Azərbaycan və Rusiya arasında sərhəd çayı olan Samur üzərində avtomobil körpüsünün salınmasına dair layihə sənədlərinin hazırlanması üçün texniki tapşırıq imzalanıb. Avtosfer.az-ın Nəqliyyat Nazirliyinə istinadla verdiyi məlumata görə, sənədi Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov və Rusiya Federasiyasının nəqliyyat naziri Maksim Sokolov imzalayıblar. Körpünün tikintisi barədə saziş təxminən bir il bundan əvvəl – 2013-cü il avqustun 13-də imzalanıb, bu ilin yayında isə Qəbələdə beşinci Azərbaycan – Rusiya forumunda tərəflər layihənin “yol xəritəsini” qəbul ediblər. Samur çayı üzərindəki körpü çoxdan tikilib, artıq qəza vəziyyətindədir və daim artan nəqliyyat axınının öhdəsindən daha gələ bilmir. Yeni körp&uuuml; isə yük və sərnişin daşımalarının bütün müasir tələblərinə cavab verəcək. Bu körpü ən yeni materiallardan, texnologiyalardan və konstruksiyalardan istifadə etməklə salınacaq. O, ikizolaqlı olacaq, körpünün özünün və giriş-çıxış yollarının uzunluğu 800 poqon metr təşkil edəcək.
Qeyd edək ki, sənəd Xəzəryanı dövlətlərin nəqliyyat nazirlikləri rəhbərlərinin müşavirəsi çərçivəsində imzalanıb. Görüşdə Xəzəryanı regionun tranzit potensialının inkişafı məsələləri müzakirə olunub. Görüş Xəzəryanı dövlətlərin başçılarının bu ilin sentyabrında Həştərxanda keçiriləcək sammiti ərəfəsində təşkil olunub. Müşavirədə Azərbaycanı nəqliyyat naziri cənab Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Görüşdə Rusiya, Qazaxıstan, İran və Türkmənistanın nəqliyyat idarələrinin rəhbərləri də iştirak ediblər. Nəqliyyat idarələrinin rəhbərləri öz çıxışlarında beynəlxalq daşımaların inkişafı sahəsində onların ölkələrində görülən tədbirlərdən danışıblar.
Nurlan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












