Bakı dairəvi yolu sürücülərin istifadəsinə verildi - VİDEO

Bir neçə gün bundan əvvəl təmir məqsədilə bağlanan Bakı dairəvi yolda artıq işlər yekunlaşıb. Yol surucülərin istifadəsinə verilib. Bakı dairəvi avtomobil yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən Sədərək dairəsinə, yəni yolun 8-ci kilometrinə qədər olan hissəsində hərəkət məhdudlaşdırılmışdı. Avtomobillərin hərəkətinin məhdudlaşdırılmasında məqsəd yolda təmir işlərinin aparılması idi. Sözügedən yolda 5 tondan yuxarı yük avtomobillərinin hərəkəti nəticəsində yolun asfalt-beton örtüyü dağılmış və bunun nəticəsində də yol yenidən təmirə bağlanmışdı. Buna görə də yolun asfalt-beton örtüyünün aşınma qatı yenilənib. Çünki hər 4-5 ildən bir yolun asfalt örtüyü təzələnir. Artıq yolda işlər yekunlaşıb və nəqliyyatın hərəkəti bərpa olunub. İndi sürücülər yoldan rahat şəkildə istifadə edə bilərlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












