Bakı ilə Qubanı birləşdirən yeni yol - FOTOLAR

Bilgəh-Novxanı-Sumqayıt istiqamətində yeni avtomobil yolunun tikintisi başa çatdırıldıqdan sonra sözügedən yol Bakı-Quba-Rusiya ederasiyası ilə dövlət sərhədi avtomobil yolu ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, ümumi uzunluğu 42km nəzərdə tutulan Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun 16,5 km hissəsində tikinti işləri başa çatdırılıb. Yolun 16,5-22km, 28-37 km hissələrində işlər davam etdirilir. Yolun 16,5-22 km hissəsində 4 körpüdən 3-ü tikilib. Hazırda ərazidə müxtəlif qazma və tökmə torpaq yatağının tikintisi işləri gedir. Yolun 28-37 km hissəsində 3 körpü, 1 mal-qara keçidi nəzərdə tutulub. Artıq 2 körpü, 1 heyvan keçidində son tamamlanma işləri ilə yanaşı optimal tərkibli çınqıl layın tikintisi davam etdirilir. Yaxın günlərdə 3 qat asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Bundan əlavə, hər iki sahədə tikinti altına düşən maneələrin qiymətləndirilməsi və relyefə uyğun olaraq düzbucaqlı suötürücülərin quraşdırılması işləri həyata keçirilir. Layihənin sözügedən hissələrində işlərin 2015-ci ildə tamamlanması planlaşdırılır. Layihənin həyata keçirilməsində məqsəd Abşeron yarımadasının şimal-qərb hissəsindəki yaşayış məntəqələrinin Bakı şəhərinə daxil olmadan Bakı-Quba və Bakı-Şamaxı magistralları ilə nəqliyyat əlaqəsini təmin etməkdir. Bu da öz növbəsində paytaxtın mərkəzi hissəsində nəqliyyat yükünün azalmasına gətirib çıxaracaq.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq














