Bakı-London yolu açıldı

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşa olunmuş Axalkalaki–Kartsaxi (Türkiyə sərhədi) sahəsində xəttə buraxılan ilk sınaq qatarının hərəkəti uğurlu başa çatıb. Nəqliyyat Nazirliyindən AzərTAc-a bildiriblər ki, bu münasibətlə keçirilmiş tədbirdə “Marabda-Kartsaxi dəmir yolu” MMC-nin rəhbərliyi, tikintini həyata keçirən “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak ediblər. Bildirilib ki, sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına vaxtında çatıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dərmir yolu xəttinin tam başa çatdırılması 2015-ci ilin sonuna nəzərdə tutulur. Xəttin tam başa çatmasından sonra Bakıdan Londona qədər dəmir yolu əlaqəsi təmin etmək mümkün olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












