Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçdi

Yaxın günlərdə hava şəraitinin kəskin soyuması və qarın yağması ehtimalı ilə əlaqədar Bakı Metropoliteninin Nərimanov elektrik deposunda xüsusi qərargah yaradılıb. Avtosfer.az xəbər verir ki, bu haqda apa-ya “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev bildirib. “Bilirsiniz ki, qışın ən çox təsir etdiyi sahələr metropolitenin açıq hava şəraitində olan “Nəriman Nərimanov” elektrik deposunun yollarıdır. Yəni bizim qatarlar səhər saatlarında depodan hərəkət edir və orada “Bakmil” stansiyası da daxil olmaqla yerüstüdür. Həmin yolların açıq saxlanılması üçün bütün tədbirlər görülüb, hazırlıqlar tamamlanıb. Qum və duz tədarükü görülüb, bütün ehtimallara qarşı maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Habelə növbətçilik cədvəlləri tərtib olunub”, - deyə N.Paşayev qeyd edib. Onun sözlərinə görə, hətta açıq havada işləyəcək metropoliten əməkdaşları üçün isti geyimlər belə tədarük edilib. Eyni zamanda stansiyaların giriş-çıxışlarında, pilləkənlərdə sərnişinlərin rahat hərəkət etməsi üçün tədbirlər də görüləcək. Buzlanmaya qarşı giriş-çıxışlara nəzarət olunacaq. Mütəmadi şəkildə təmizlik işləri aparılacaq ki, sərnişinlər hər hansı xoşagəlməz hallarla qarşılaşmasınlar.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












