Bakı yollarının dilənçi dərdi

"Paytaxt polisi yollarda dilənçiliklə məşğul olan şəxslərə qarşı görülən tədbirləri gücləndirəcək". Avtosfer.az xəbər verir ki, bunu trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Bölmə rəisi qeyd edib ki, küçə və yollarda bir sıra xidmət növləri üzrə hazırlanmış reklam xarakterli materialların paylanması, xüsusilə də bəzi şəxslərin dilənçilik etməsi yollarda nəqliyyatın hərəkətinə maneə yaradır, bu da istər-istəməz sıxlığın və yol qəzalarının baş verməsinə səbəb olur: “Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, yol polisi əməkdaşları yollarda dilənçilik edən və avtomobillərin sərbəst hərəkətinə mane olan şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə dərhal məlumat verəcək və onlar barəsində qanunvericiliyə uyğun olaraq operativ tədbirlər görüləcək”. V.Əsədov qeyd edib ki, bununla bağlı İdarəyə narazı sürücülərdən çoxsaylı müraciətlər də daxil olub: “Sürücülər narazılıq edirlər ki, yolda işıqforda dayanarkən qəflətən kimsə yolun hərəkət hissəsində, avtomobilin qarşısında, yanında peyda olur, avtomobilin şüşələrini döyür və əl açaraq pul istəyirlər. Bu da istər-istəməz həm avtomobildəki şəxslərin narahatlığına səbəb olur, həm də sürücülərin diqqətini yol hərəkətindən yayındırır. Bu isə yollarda qəza şəraitinin, insanların həyatı üçün təhlükənin yaranmasına səbəb olur”.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, Bakıda polis əməkdaşlarının son bir neçə gün ərzində keçirdiyi profilaktik tədbirlər nəticəsində paytaxt ərazisində avara və dilənçi həyat tərzi keçirən 100-dən çox şəxs saxlanılıb. Onların arasında qadınlar və azyaşlılar çoxluq təşkil edir. Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












