Bakıda 400 avtobus sürücüsü axtarılır

Paytaxtda sərnişin daşınması üçün yeni yaradılmış “Baku Bus” MMC gələn ilin əvvəlindən fəaliyyətə başlayacaq. Avtosfer.az-ın fins.az-a istinadən məlumatına görə, bununla əlaqədar olaraq şirkət avtobus sürücülərinin işə qəbuluna başlayıb. Şirkətdən verilən məlumata görə, təqribən 400 təcrübəli avtobus sürücüsünün işə götürülməsi planlaşdırılır. Namizədlər 30-55 yaşında olmaları, azı 5 il avtobus sürücüsü kimi iş təcrübəsi, “C” və “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
“Baku Bus” MMC-də çalışan avtobus sürücüləri ilkin olaraq 700 manat maaş alacaqlar. Sonradan bu məbləğ artacaq. Sürücülərdən gündəlik plan da tələb olunmayacaq. Çünki, avtobuslarda ödəniş kart sistemi ilə, validatorların köməyi ilə həyata keçiriləcək.
“Baku Bus” MMC-də sürücülərin iş rejimi daha rahat olacaq. Sürücülər "4 gün iş, 1 gün istirahət" sxemi ilə çalışacaqlar. 4 iş günündən 2-də iş vaxtı səhər saat 6-dan günortadan 15-dək, digər 2 gün ərzində isə saat 15-dən 24-dək olacaq.
Qeyd edək ki, “Baku Bus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. “Baku Bus” MMC-ə məxsus 150 avtobus Fransa istehsalı olan “İveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib.
Avtobuslar sıxılmış maye qaz ilə işləyir və Avro 6 standartına uyğundur. Onlar GPS sistemi ilə təchiz olunur. “Baku Bus”ın sürücüləri işə başlamazdan əvvəl onlara fransız mütəxəssislər təlim keçiləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












