Bakıda daha bir yol salınır - VİDEO

Paytaxtın Dərnəgül yolu kimi tanınan ərazidə hələ 4 il bundan əvvəl başlanan təmir işləri artıq yekunlaşmaq üzrədir. Ayna Sultanova və Karl Marks küçələrinin kəsişməsində asfaltlanma işlərinin 70-80 %-i həyata keçirilib. Yol boyu bütün kommunikasiya qurğuları dəyişdirilib. Ərazidəki yağış və kanalizasiya sitemləri də yenidən qurulub. Hazırda yola üç qat asfalt-beton örtüyü vurulur. Bu işlər Böyükşor kimi tanınan ərazidə mərhələli şəkildə həyata keçirilib. Hazırda asfaltın sonuncu, yəni aşınma qatı vurulur. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin sözlərinə görə, Ziya Bünyadov prospektinin yenidən qurulması çərçivəsində görülən bu işlər bir aya yekunlaşacaq. Görülən işlər sürücülərə böyük imkanlar yaradacaq. Prospektin yenidən qurulması zamanı tək sürücülər yox, elə piyadalar da nəzərə alınıb. Belə ki, ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün 4 yerüstü piyada keçidi tikilib. Onlardan biri artıq hazırdır, qalan digər üçündə isə işlər davam edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












