Bakıdan Sumqayıta gedənlərə şad xəbər - VİDEO

Bakı-Sumqayıt yolundakı tıxaclar ilin sonuna qədər qismən də olsa, aradan qaldırılacaq. Artıq yol tikintisilə məşğul olan qurumlar hərəkətə keçib. Paytaxta daxil olan avtomobil axınının qarşısını almaq üçün həm Biləcəri, həm də Sulutəpə-Xocasən istiqamətində çox zolaqlı yollar salınır. ANS-in məlumatına görə, Bakı-Sumqayıt yolunda, xüsusən də Xırdalan dairəsindən “20 Yanvar” metrostansiyası istiqamətinə uzanan avtomagistralda hər gün səhər və axşam saatlarında ucu-bucağı görünməyən tıxacın olması adət halını alıb. Bir neçə il əvvəl maşınla 15 dəqiqəyə getdiyimiz Bakı-Sumqayıt yolunu, indi səhər və axşam çağı bir saata qət etmək mümkün deyil. Gündəlik bu yoldan istifadə edənlər ömürlərinin hər gün iki-üç saatını bu yolda hədər yerə başa vururlar. Ekspertlərin fikrincə, əsas tıxaclar Bakı şəhərinə daxil olanda Avtovağzal Kompleksinin ətrafında yaranır. Bu zaman 8 hərəkət zolağı 3-ə enir ki, şaxələnmə zamanı bütün zolaqlarda hərəkət iflic olur.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, çarəsi odur ki, oranı Şamaxinkaya qədər genişləndirmək lazımdır: “Avtovağzaldan dönən avtobuslar üçün ayrıca bir zolağ tikmək lazımdır. Ümumi yola həm avtobuslar, həm də yük maşınları daxil olmamalıdır. Əks təqdirdə dərslər başlayan vaxtı şəhərdə görünməmiş bir tıxac olacaq”.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi problemin həllini yardımçı yollardan istifadədə görür. Məsələn, bu günlərdə təmirlə əlaqədar bağlanmış dairəvi yolda qoyulan məhdudiyyətlə bağlı təklif olunan alternativ yol tıxacı az da olsa, aradan qaldırmağa kömək edir.
Paytaxtdan şimal istiqamətə, eyni zamanda da əks istiqamətə avtomobillərin sıxlığını aradan qaldırmaq üçün “Azəryolservis” ASC yeni yolun tikintisini həyata keçirir. Bu mənada qurum bir az da uzağa gedərək Şamaxinkadan Sumqayıt istiqamətində şaxələnən yolda deyil, Biləcəri istiqamətində biraşırımlı yol ötürücüsünün tikintisi həyata keçirir. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin fikrincə, yol ötürücüsünün yanında isə yeni bir dairə salınacaq ki, bu zaman nəqliyyat vasitələri dairəyə girməklə bir sıra istiqamətlərə asanlıqla hərəkət edə biləcək. Yeni yolun tikintisinin 2014-cü ilin sonunda yekunlaşması nəzərdə tutulur.
Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO
Ödənişli yollarla bağlı yenilik: 130 ilə sürmək olar










