Bakıdan Sumqayıta metro çəkiləcək?

"Bakı ilə Sumqayıt arasında avtomobil sıxlığını aradan qaldırmaq, habelə şəhərin şimal qapısında tıxaclara son qoymaq üçün dəmir yolu nəqliyyatına ehtiyac duyulur. Zənnimcə, Bakıdan Xırdalana elektrik qatarı xəttinin çəkilməsi ilə yanaşı, eyni zamanda, metro xətinin Sumqayıtadək uzadılması məqsədəuyğun olardı. Bu istiqamətdə yerüstü metro xəttinin çəkilməsi imkanları nəzərdən keçirilə bilər". Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun xidmət sahələrinin inkişaf problemləri şöbəsinin müdiri, mühəndis-iqtisadçı Aqil Əsədov AzərTAc-a müsahibəsində bildirib ki, Beynəlxalq Avtovağzal-Xırdalan-Sumqayıt xətti üzrə yerüstü metro nəqliyyatı tıxacların aradan qaldırılmasına, sərnişin sıxlığının azaldılmasına müsbət təsir göstərərdi. “Düzdür, bu layihə böyük maliyyə vəsaiti tələb edir. Ancaq paytaxtın gündən-günə inkişaf etməsi və şəhərə avtomobil axınının artması bu məsələni aktuallaşdırır. Nəzərə almaq lazımdır ki, qatarlarla sürətli və intensiv daşımaların təşkili şəxsi minik avtomobillərindən daha az istifadə olunmasına gətirib çıxaracaq".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












