Bakıdan Tbilisiyə turist qatarının yola salınacağı tarix dəqiqləşdi

Qarşıdan gələn bayramlarla əlaqədar Azərbaycanda dəmir yolu nəqliyyatı sistemində mühafizə gücləndirilib. “Bütün stansiya, vağzal və körpülərdə mühafizə sistemi yaradılıb. Nəzərə alın ki, Azərbaycan müharibə vəziyyətində olan ölkədir, hər hansı təxribat ola bilər”, - “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov oxu.az-a bildirib. Onun sözlərinə görə, bayramları rayonlarda keçirmək istəyən vətəndaşların çox olduğunu nəzərə alaraq dekabrın 29-u və 30-da qatarlara əlavə vaqonlar qoşulacaq. Nadir Əzməmmədov əlavə edib ki, bayramlarla əlaqədar turist kimi Gürcüstana gedənlərin sayı çox olacaq. “Bu səbəbdən turizm şirkətləri bizə müraciət ediblər. Ayın 29-da Gürcüstan istiqamətində həm turist, həm də adi qatarımız yola düşəcək. Həmin qatar ayın 29-da saat 14:00-da Bakıdan yola düşəcək və Tiflisdən saat 22:00-da geri qayıdacaq. Biz çalışacağıq ki, bayram günlərində yaranan sıxlığı aradan qaldıraq”, - deyə o bildirib. Mətbuat katibi qatarlarda yaradılması nəzərdə tutulan Wi-Fi sisteminə də toxunub. “Bu sistemin olması üçün Wi-Fi zonası yaradılmalıdır. Qatarlar beynəlxalq istiqamətlərə çıxış etdiklərinə görə, həmin ölkələr ilə də razılıq əldə olunmalıdır. Bu istiqamətdə danışıqlar gedir,” – o deyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












