Bakının 150 minlik avtobusları; ardı gəlir

Bakıda bir neçə gündən sonra daha bir marşurutda yeni avtobuslar işləyəcək. Bu barədə Bakıda işləyən 65 saylı avtobus xəttinin tabe olduğu “Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqov anspress-ə məlumat verib. Onun sözlərinə görə, sabah, yaxud biri gün onların şirkətinə aid olan 61 saylı xəttə də yeni avtobuslar istifadəyə veriləcək. “Bizim şirkətin təşəbbüsü ilə paytaxta 50 yeni avtobus gətirilib. Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobusların birinin qiyməti 150 min avrodur. İlk öncə 65 saylı xəttə buraxmışıq. Bir neçə günə isə 61 saylı xəttə də yeni avtobuslar buraxacağıq”, - deyə Füzuli Sadıqov bildirib. 61 saylı avtobus xəttində 23 avtobus işləyəcək. Şirkət rəsmisi bildirib ki, avtobusların yenilənməsində əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












