Bakının bu qəsəbəsinin sakinləri daha qorxmasınlar - FOTO

Son illər Bakıda bir neçə yerüstü piyada keçidi inşa olunub. Rəsmi məlumatlara görə, artıq yeni tikilən keçidlərin sayı 60-a çatıb. Köhnələrin isə 10-u təmir edilib.
Avtosfer.az day.az saytına istinadən bildirir ki, dövlətin gördüyü tədbirlərə baxmayaraq, belə keçidlərdən istifadə edənlərin sayı azdır. Hələ insanlarda piyada keçidindən istifadə mədəniyyəti tam formalaşmayıb. Buna baxmayaraq, tikinti işləri davam etdirilir. Hazırda Babək prospektinin Telnov küçəsi ilə kəsişməsində, Xoyski prospektində, Azadlıq prospekti və Bibiheybət yolunda yerüstü piyada keçidləri tikilir. Bibiheybət yolundakı yeraltı keçiddə işlərin 70-80 faizi başa çatıb. Layihəyə əsasən, keçidin uzunluğu 100 metr, eni 8 metr, hündürlüyü isə 4 metrdir. 4 çıxışlı keçid 8 ədəd eskalator və panduslarla təchiz ediləcək. Qeyd edək ki, Bayıl qəsəbəsinə, 20-ci Sahə və Bibiheybətə aparan yol geniş olduğundan piyadalar üçün böyük təhlükə yaradır. Çoxları bu yolu keçərkən ölümlə üz-üzə qalırlar. Keçidlər istifadəyə veriləndən sonra piyadaların bu yolu qaça-qaça keçmələrinə lüzum qalmayacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















