Bakının yeni avtobusları xəttə çıxdı - VİDEO

Bu gündən paytaxt Bakıda yeni avtobuslar istismara veriləcək. Avtosfera.az bu barədə xəbər verir ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun ans-ə verdiyi məlumata görə, yeni avtobusların hələlik yalnız bir xətt üzrə istismara buraxılacağını bildirib. Avtobuslar 65 saylı marşrut xətti üzrə hərəkət edəcəklər. Xəttə çıxarılacaq avtobusların sayı hələlik əllidir. Saylarının artacağı istisna olunmur. Xəttə çıxarılacaq bu yeni avtobuslar sərnişinlərin rahat gəliş gedişinə hesablanıb. Onları köhnələrdən fərqləndirən tək rəngləri yox, həm də bir çox cəhətləridir. Avtobuslar keyfiyyətli oturacaqlar, müvafiq xəbərdaredici siqnallarla təchiz olunub, müşahidə kameraları quraşdırılıb. Sürücülərin oturduğu kabinələr də şüşə qoruyucular ilə fərqlənir. Yeni avtobuslarda əlilliyi olan şəxslər də nəzərə alınıb. Panduslar tək əlilliyi olan şəxslər deyil, eləcə də uşaq arabası ilə olan analara da avtobusa rahat minib enmə imkanı yaradacaq. Avtobusların hər birində əlil arabasının yerləşməsi üçün xüsusi yerlər ayrılıb. Yeni avtobusların yeni sürücüləri də artıq bəllidir. Onlar əsasən təcrübəli sürücülər arasından seçilib və hər biri D kateqoriyasına malikdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












