Bakıya 50 yeni avtobus gətirilib – 150 min avroya – FOTO

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar paytaxta 50 yeni avtobus gətirilib. Avtosfer.az-ın məlumatına görə, Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar bir neçə xüsusiyyətə malikdir. Onlardan biri, nəqliyyat vasitələrinin “Avro-5” standartına cavab vermələridir. Bundan başqa, avtobuslar sərnişinlərin rahat enib-düşməsi üçün aşağı endirilə bilir. Bununla yanaşı, avtobusun daxilində görüntülü və səsli kameralar mövcuddur. Xüsusi kabinə vasitəsilə sürücü sərnişinlərdən təcrid olunur.
Avtobuslar kondisioner sistemi, habelə uşaqlar, yaşlı şəxslər, fiziki imkanları məhdud olan insanlar üçün xüsusi hissələrə ayrılıb. Fiziki imkanları məhdud şəxslərin və uşaq arabalarının avtobusa minib düşməsini rahat etmək üçün xüsusi panduslar da quraşdırılıb.
Avtobusları ölkəyə gətirən özəl şirkətin nümayəndəsi Füzuli Sadıqov “APA-Economics”ə bildirib ki, avtobusların tutumu “24+1”-dir. “Bu nəqliyyat vasitələrinin qapısı bağlanmadan avtobus yerindən tərpənmir. Bu da sərnişinlərin təhlükəsizliyini təmin edir. Hələlik avtobuslar 65 nömrəli marşrut xətti üzrə (9-cu mikrorayondan “Azneft” meydanı istiqamətində) hərəkət edəcəklər. Avtobusun xüsusi qara qutusu da mövcuddur”, - deyə o bildirib.
Qeyd edək ki, üçqapılı avtobuslar 5 il müddətinə lizinqlə alınıb. Bir avtobusun dəyəri 150 min avro təşkil edir. Qalan 150 avtobus isə 2015-ci ildə gətiriləcək. Ümumilikdə Azərbaycana 200 avtobusun gətirilməsi nəzərdə tutulub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO

















