Bakıya kondisionerli avtobuslar gəlir; yay qurtarandan sonra - FOTO

Bakıya yeni və müasir iritutumlu sərnişin avtobusları gətiriləcək. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov anspress-ə məlumat verib. Onun sözlərinə görə, gətiriləcək avtobuslar sərnişinlərin rahatlığı üçün nəzərdə tutulmuş hər bir vasitə ilə təmin olunacaq. “Gətiriləcək avtobuslarda kondisioner və müasir havalandırma sistemləri olacaq. Hələlik avtobusların sayı dəqiq məlum deyil. Lakin bu ilin sonuna qədər m&uuuuml;əyəynləşəcək”, - deyə Namiq Həsənov bildirib. Nazirlik rəsmisinin sözlərinə görə, əvvəllər avtobuslar Koreyadan gətirilirdi. İndi sərnişin avtobuslarını ya Türkiyə, ya da Almaniyadan alınacaq. Həmin avtobuslar şəhərdaxili xətlərdə istifadə ediləcək. Namiq Həsənov onu da əlavə edib ki, bu ilin sonuna qədər 500 ədəd London taksisi gətiriləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












