Bakıya kondisionerli avtobuslar gətiriləcək - VİDEO

Sərnişin avtobuslarında kondisionerlərə tələbat var. Yay fəslində paytaxtdakı sərnişin avtobuslarından istifadə sanki insanı mənzil başına çatdırmaqla yanaşı həm də onlara havanın hərarətini iki qat hiss etməyə kömək olur. Avtobusda kondisionerlərin mövcud olmaması günün çox hissəsini sükan arxasında keçirən sürücülərin də işini çətinləşdirir. Deyirlər nə yaxşı ki, Bakı küləklər şəhəridir, əks halda avtobusda dayanacaqda ürəyi dayanan sərnişinlər olar. Sürücülərlə söhbətdə onların da avtobuslarda kondisionerlərin quraşdırılmasının tərəfdarı olduqlarını öyrəndik. Amma bildirdilər ki, bu da hər beş dəqiqədən bir dayanacaqda dayanaraq qapılarını açıb sərnişin mindirib, düşürən avtobusu çətin ki, normal soyuda bilsin. Sərnişinlər də havalanmış salonda mənzil başına çatmaq istəyirlər. Bir çox ölkələrdə məsələn, qonşu Türkiyədə kondisionerli avtobuslardan istifadə olunmaqdadır. Burada avtobus qısa və ya böyük məsafəni qət etməsindən asılı olmayaraq soyutma sistemi hər birində mövcuddur.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Nəsənov isə ANS-ə açıqlamasında belə bir xidmətin bizim avtobuslarda da tətbiqinin mümkün olmadığını bildirdi. O, 2015-ci il yay Olimpiya oyunları ilə əlaqədar paytaxta gətiriləcək yeni avtobuslarda bu sistemin işləyəcəyini və bundan başqa heç bir köhnə avtobusa kondisionerin quraşdırılmayacağını dedi.
Bir sözlə, yeni avtobusa əyləşən sərnişinin bəxti gətirdi. Bu avtobuslar həm rahat, həm də bayırdakı günün istisini hiss etmədən mənzil başına çatmaq şansı qazanır. Qazanan həm də paytaxt küçələri olacaq. Nə də olsa, rahat sərnişindaşıma xidməti özü inkişafdan xəbər verir. Digər avtobusların da yeniləri əvəz edilib-edilməyəcəyini artıq zaman göstərəcək.
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI
Azərbaycanda avtobusda gediş haqqı məsafəyə görə hesablanacaq: Baş nazirdən QƏRAR
2006-cı ildən əvvəl işləyənlərin nəzərinə: Pensiya ilə bağlı vacib açıqlama










