Benzinin litri 51 qəpiyə düşdü

Benzinin pərakəndə satış qiyməti ABŞ-də son iki həftə ərzində orta hesabla 25 sent ucuzlaşıb və hal-hazırda bir qallon (3,8 litr) üçün 2,47 dollardır. Avtosfer.az Rusiya KİV-nə istinadən xəbər verir. Bu 1 litr avtomobil yanacağı üçün təxminən 65 sentə (51 qəpik) yaxındır. Nəticədə ABŞ-da benzinin qiyməti 2009-cu ilin may ayında olan minimal həddədir. Cari ilin may ayından avtomobil yanacağının qallonu 1,25 dollardan çox ucuzlaşıb. 2,5 min yanacaqdoldurma stansiyasının sahiblərinin Lundberg Survey xidməti tərəfindən aparılan sorğusu göstərdi ki, ən bahalı benzin Nyu-Yorkda – Lonq- Aylenddə satılır, burada benzininn bir qallonu 2,82 dollardır. Ən ucuz benzini isə Talsa (Oklaxoma) şəhərində tapmaq olar – bir qallon 2,06 dollardır. Analitiklərin fikrinə görə, ABŞ-da benzinin qiymətinin ucuzlaşması bir başa olaraq dünya birjalarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır. Son iki həftə ərzində Nyu-York əmtəə bazarında neft 14,2 faiz ucuzlaşıb. Ötən cümə günü, son satışlar zamanı, 2015-ci ilin yanvar ayı üçün “qara qızılın” çatdırılması üçün fyuçers müqavilələri bir barel üçün 57,13 dollardan bağlanılıb. Ekspertlər ehtimal edirlər ki, ABŞ-da pərakəndə benzinin qiymətinin ucuzlaşması neftin ucuzlaşması ilə əlaqdar davam edə bilər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












