Bu mənzərə üçün darıxacağıq - FOTO

Bakıya yeni gətirilən sərnişin avtobusları unikallığı ilə seçilir. “Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqov bildirdiyinə görə, 65 saylı xətt üzrə işləyən avtobuslar digərlərindən bir neçə xüsusiyyətlərinə görə fərqlənirlər. Onun sözlərinə görə, əsas fərqləndirici məqamlardan biri avtobusun qapıları açıq olan zaman maşın yerindən tərpənmir. “Bakıda avtobuslar qapısı açıq sürürlər. Sahibkarlar sürücülərlə bacarmırlar. Yeni avtobuslarda bu problem olmayacaq. Çünki onların qapısı açıq olanda mühərrik avtomatik olaraq sönür. Yəni avtobusun qapısı açıq olanda maşın işə düşmür”, - deyə Füzuli Sadıqov bildirib.
Digər yeniliklərdən biri isə avtobusun içinin canlı olaraq izlənməsidir. Bunun üçün maşının içində 7 müşahidə kamerası quraşdırılıb. Kameralar avtobusun müxtəlif yerlərində qoyulub. Onlar vasitəsilə avtobusların içi tamamilə izlənə bilər. “Biz həmin kameralar vasitəsilə avtobusların içini canlı izləyə biləcəyik. Həmin görüntülər vasitəsilə avtobusda baş verənlər canlı izlənir. Hansısa xoşagəlməz hadisə baş verərsə, dərhal müdaxilə eciləcək. Ən əsası isə müşahidə kameralarında səs də yazılır”, - deyə Füzuli Sadıqov əlavə edib. Yeni avtobusda başqa bir özəllik isə onun şüşələrinin günəş şüalarının 80 faiz keçirməməsidir. Bu avtobuslarda pərdələrə də ehtiyac yoxdur. Sərnişinləri maraqlandıran əsas məsələlərdən biri də avtobusda kondisionerlərin və istilik sistemlərinin olmasıdır. “Sərnişinlər həmin avtobuslarda gedərkən istidən və soyuqdan əziyyət çəkməyəcəklər”, - deyə Füzuli Sadıqov qeyd edib.
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR
Laçın dağlarında böyük yol tikintisi – Görüntülər YAYILDI – VİDEO
Azərbaycanın Suriyaya yeni nəqliyyat bağlantısı yarana bilər? – 800 milyon dollarlıq layihə










